Mövlud Çavuşoğlu İrandadır - YENİLƏNİB

11:33 15.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İrana səfəri başlayıb.

Hafta.az xəbər verir ki, nazir Tviter səhifəsində İranda olduğu barədə qeyd yazıb:

“İkitərəfli əlaqələrimizi ələ almaq və regional proseslər haqqında fikir mübadiləsi aparmaq məqsədilə Tehrandayıq”.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın dəvəti ilə bu gün İrana rəsmi səfər edəcək.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu Abdollahianla bir sıra məsələlərlə yanaşı, bölgədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.